SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəsmək üçün hədiyyə etdilər, amma ailə onu bu günə qədər saxlayır.

34 ildir Asim Osmanovun təsərrüfatının bəzəyi olan durna təbiətdə “Telli” və ya “Boz durna” kimi də tanınır.

Qazaxın ən böyük kəndi sayılan Daş Salahlıda hər kəsin gözünü oxşayan bu təbiət incisi uzun illər əvvəl çobanlar tərəfindən yaralı halda tapılıb.

Təsərrüfat sahibinin dediyinə görə, durna həyətdə açıq şəraitdə qalır. Dəfələrlə uçub getməsinə şərait yaradılsa da, getməyib.
A.Osmanov deyir ki, dəfələrlə yüksək məbləğ təklif etsələr də, ailəyə sadiq qalan bu çöl quşunu satmayıb. Ömrünün sonuna qədər bu təbiət incisinin onun təsərrüfatında yer alacağını bildirir.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:

BAKU.WS
VİDEO