VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) redaktor vəzifəsində çalışmış Ağanisə Soltanova telekanalın sədri Arif Alışanovdan dövlət başçısına şikayət edib.  

BAKU.WS-in məlumatına görə, Ağanisə Soltanova prezidentə müraciətində işdən qanunsuz çıxarılmasını iddia edərək Arif Alışanov barədə tədbir görülməsini xahiş edib.  

Müraciətin tam mətnini təqdim edirik: 

"Azərbaycan Prezidenti Cənab İlham Əliyevə! Bütün Dəyərli Həmkarlarımın Diqqətinə! AzTV sədri Arif Alışanov Prezidentə Müraciətimin "cavabı" olaraq məni qanunsuz olaraq işdən çıxarib(????). Səbəb isə Cənab Prezident məni evlə təmin edəndən sonra 2 ildir şüurlu şəkildə Arif Alışanov tərəfindən AzTV-də qarşılaşdığım haqsızlıqlar, ədalətsizliklər, əmək haqqımın kəsilməsidir. Məni işdən çıxarmaq isə o anlama gəlir ki, Arif Alışanov özünü Möhtərəm Cənab Prezident İlham Əliyevdən "güclü" və "toxunulmaz" hesab edir(?). Cənab Prezident dəfələrlə bəyan edib ki, ona müraciət etmək hər bir Azərbaycan vətəndaşının borcudur! Dəyərli Həmkarlarım, hamınızdan ədalətsizliklə, haqsızlıqla üz-üzə qaldığım vaxtda dəstək olmağınızı xahiş edirəm!” 

BAKU.WS