SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq.

"Report" xəbər verir ki, 2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür.

2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir.

Beləliklə, Yeni il bayramında 5 gün iş olmayacaq.
 
BAKU.WS