SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən "Daşın nəğməsi” (Music in Stone) I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu başa çatıb.

BAKU.WS xəbər verir ki, fondun vitse-prezidenti Leyla Əliyeva simpozium çərçivəsində hazırlanmış əsərlərlə tanış olub.

Heykəltəraşlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışıblar və yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradıblar. Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.

Leyla Əliyeva "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda V Beynəlxalq "Tullantıdan sənətə” sərgisi ilə də tanış olub. Açılış mərasimində "Tullantıdan sənətə” sərgisinin 5 illiyi münasibətilə videokadrlar nümayiş etdirilib.

Sərgi oktyabrın 12-dək davam edəcək. Sərgiyə getmək istəyənlər üçün oktyabrın 3-dən etibarən 3 gün ərzində saat 12:00-da "İçərişəhər”in Qoşa Qala qapısından "Qala” qoruğuna avtobus yola düşəcək.
 
Aysel.Ş
BAKU.WS