VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yaxın gələcəkdə kredit büroları yaradılcaq. Həmin bürolarda vətəndaşlarla bağlı ən xırda məlumatlar da öz əksini tapacaq. Bu isə o anlama gəlir ki, gecikməsi olan, qrafiki yaxşı olmayan borcalanların kredit götürməsi daha da çətinləşəcək.

Vətəndaşlara kreditlər verilməsinə nəzarət daha da güclənəcək. Bu məqsədlə kredit büroları yaradılacaq.
 
BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, Milli Məclisin payız sessiyasında ''Kredit Büroları haqqında'' qanun layihəsi 1-ci oxunuşda qəbul edilib. Məhz həmin qanuna əsasən yeni bürolar yaradılacaq

Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Bununla bağlı kredit bürolarında geniş məlumat bazası yaradılacaq. Məlumat bazalarında borcalanlarla bağlı ən müfəssəl məlumatlar öz əksini tapacaq

Kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq. Bununla yanaşı borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, əgər bank əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək.
 
BAKU.WS