SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda qeyri-adi gəlingətirdi mərasimi olub.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, maraqlı toy karvanı Qəbələnin Mirzəbəyli kəndində lentə alınıb. 

Kənddən Yevlaxa gətirilən gəlinin və onun nişanlısının əyləşdiyi avtomobili 30 ədəd "Ford Transit” markalı yük avtomobili müşayiət edib. 

Yük avtomobillərindən ibarət toy karvanı görənlərin marağına səbəb olub.

Toy karvanının belə təşkil olunması bəyin babası İsmayıl Həsənovun təşəbbüsü ilə baş tutub.

BAKU.WS