SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın paytaxtı İrəvanda baş tutan toy məclislərindən birində Azərbaycan rəqsi ifa olunub. 

BAKU.WS-in məlumatına görə, erməni gəlin öz toyunda məhz Azərbaycan rəqsi "Şalaxo" ilə qonaqlara şou nümayiş etdirib. Maraqlısı ondadır ki, ermənilər Azərbaycan rəqsini öz adlarına çıxaraq toy məclisində Ermənistanın milli rəqsi kimi təqdim ediblər. 
 
Qeyd edək ki, Şalaxo və ya Şələqoy rəqsi Azərbaycan və Gürcüstanda oynanılır. Şalaxo və ya Şələkümün ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. Iğdırda xalq oyunu olaraq oynayırlar. Şələqoy rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baletində də yer alıb.

Bu rəqs azərbaycanlıların ən çox sevdikləri kişi rəqsidir. Onu həmişə böyuk həvəslə oynayırlar. Rəqsə ifaçılar özünü bütün ustalığını və məharətini göstərməli olurlar. "Şalaxo" ən qədim Azərbaycan rəqslərindən biridir.

Şahin Həbibov
BAKU.WS