VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Vur, komandir, vur...” videosu ilə məşhurlaşan hərbçi İlkin Muradovun ötən gün toyu olub.

BAKU.WS xəbər verir ki, silahlı qüvvələrimizin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlkin Muradovun toy mərasimi Neftçala rayonu Xolqaraqaşlı kəndində olub.

Xatırladaq ki, İlkin Muradov 12 noyabr 2014-cü il tarixində ordumuzun səngərlərinə hücum etməyə cəhd edən düşmən helikopterini məhv edən hərbçi kimi məşhurlaşıb. Sosial şəbəkə istifadəçiləri onu sözügedən "Vur, komandir, vur!” videosundan tanıyır.
Toyda iştirak edən millət vəkili Aydın Mirzəzdə mərasimdən olan fotoları "Facebook” profilində paylaşıb. Deputat bildirib ki, onu toya hərbçi özü dəvət edib.

Həmin görüntüləri oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS