VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İnternetdə bu gün 60 illik yubileyini qeyd edən Qırğızıstan prezidenti Almazbek Atambayevin musiqisinə yazılmış yeni videoklip yayılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Qırğızıstanım" mahnısına çəkilmiş videoklip dünəndən "YouTube" videohostinqində yayılıb. Bu, artıq müəllif-ifaçının dördüncü mahnısıdır və o, ilk dəfə qırğız dilində oxuyur.

Qırğızıstan prezidenti mahnılarını "şəhər romansı"nın müşayiəti ilə oxuyur. Yeni mahnı prezidentin vətəninə həsr olunub və orada dövlət başçısı "atalarının yurdu"nu sevdiyini qeyd edir. Mahnı respublikasnın gözəl dağlıq mənzərələrinin vizual təsviri ilə müşayiət olunur.
Qeyd edək ki, Qırğızıstan dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, A.Atambayev 60 illik yubileyi münasibətilə ailə üzvləri və dostlarına hədiyyə etmək üçün beş mahnı yazıb.
 
BAKU.WS