SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Premyer Liqası təmsilçilərindən "Zirə" klubunda müdafiəçi kimi çıxış edən Sertan Taşkın subaylığın daşını atıb.

BAKU.WS-in məlumatına görə, 25 yaşlı futbolçunun Bakıda yerləşən şadlıq saraylarından birində toy məclisi baş tutub.

Toyda futbolçunun ailə üzvləri, komanda yoldaşları, dostları və digər şəxslər iştirak edib.

Qeyd edək ki, Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan Taşkın, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.

2021-ci ildən Azərbaycanın milli futbol komandasının əsas heyətinə çağırılıb. 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində 2 rəsmi oyunda meydana çıxıb. Ümumilikdə isə əsas milli komandanın heyətində 7 qarşılaşma üçün heyətə cəlb edilib.

Əli İsmayıl
BAKU.WS
VİDEO