VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Rəşadın atası mən qardaşımı torpağa tapşırdığım gün gəldi bura, elə o gün bağışladım mən onları”.

Bu sözləri BAKU.TV-nin efirində yayımlanan “Arzunun vaxtı” verilişində meyxanaçı Rəşad Əmirov (Dağlı) tərəfindən qətlə yetirildiyi iddia edilən İskəndər Mehdiyevin qardaşı deyib.

O bildirib ki, Rəşadın atasının qardaşı haqqında dediyi sözlər doğru deyil.

“Deyirlər ki, mənim qardaşım narkobarondur. Yoxdur elə şey. Mənim qardaşım narkotik istifadəçisi olub, ona görə də 9 ay həbs edilib. Narkotik satan adam bəyəm 9 ay həbs olunur? Onlar bizim ölümüzə hörmətsizlik edib”, – deyə o qeyd edib.

Daha ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO