SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

BAKU.WS xəbər verir ki, bir sıra şou-biznes nümayəndələri, həmçinin tanınmışlar övladlarını məktəbə yola salmağın həyəcanını yaşayır. Bu həm də bir çox media nümayəndələrinin və mətbuat katiblərinin övladları 1-ci sinfə qədəm qoyublar.
 

 

ATV-nin Aparıcısı Turan İbrahimov və vizajist Nərmin İbrahimovanın oğlu Ömər bu gün birinci sinfə gedir. 
 
T.İbrahimov övladının rus bölməsində təhsil alacağını bildirib:
 
"Oğlumu 6 yox, 7 yaşından məktəbə göndərdik. Dövlət məktəbində təhsil alacaq. Ömər hazırlığa da Səadət müəllimənin yanına getmişdi, indi də onun sinfindədir. Öməri məktəbə yola salanlar arasında əmiləri, babaları, nənələri var idi. Əlavə dil öyrənməsi üçün rus bölməsində təhsil almasını istədik”.
 

 

Tanınmış aparıcı və aktyor İlkin Həsəninini isə bacısı qızı birinci sinfə qədəm qoyur. İlkin məktəbdə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq, "Dayı-bala birinci sinfə gedirik. Nigarım birinci sinfə getdi” – qeydini yazıb.
 
 

 

BAKU.WS saytının təsisçisi Orxan Məmmədovun oğlu Amin də birinci sinfə gedənlər sırasındadır. O.Məmmədov oğlu ilə şəklini sosial şəbəkədə paylaşaraq, "Birinci dəfə birinci sinif” – sözlərini yazıb. 
 
 

 

"Bakı Metropoliteni”nin QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də qız övladını bu il 1-ci sinifə yola salıb.
 
 

 

ANS-in jurnalisti İlkin Kərimovun da qızı 1-ci sinifə gedib.

 
"İl 2016.  Ay, gün, vədə yetişdi, Aygün qızım ilk sinfə qədəm qoyur. Mübarək olsun qədəmlərin, Bilik bayramın. Aldığın təhsillə səs-sorağın yüksəklərdən gəlincə evimizdə bayram olacaq. Çoxu kimi, "məktəbi bitir, instituta gir, sənə maşın alacağam”, - sözünü vermirəm. Vaxt gəldi, maşını özüm aldım. Dəmir parçasıdır. Ürəyimin parçası, nəyimiz var-sənə fədadır”, - İ.Kərimov qızının şəklinə yazıb.
 
 

 

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazıl Talıblının isə oğlu məktəbli olub, bu il 1-ci sinifə gedib. 

Aysel.Ş
BAKU.WS