VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Sabirabad rayonunun Həsənli kəndindən olan fəhlə Aqşin Güləliyevin pianinoda ifa edərkən çəkilmiş görüntüləri internetdə yayılandan sonra Türkiyədən olan iş adamı ona pianino bağışlayıb. Lakin gömrük xərcini ödəyə bilmədiyindən azərbaycanlı fəhlənin pianinoya sahib olmaq arzusu gözündə qalıb.

Virtualaz.org "Habertürk”ə istinadən xəbər verir ki, tikinti şirkətlərindən birində fəhlə işləyən A. Güləliyevin ən böyük arzusu bu musiqi alətinə sahib olmaqdır.

Atasının qaynaqçı, anasının ev qadını olduğunu deyən Aqşinin sözlərinə görə, özündən başqa 2 bacı və qardaşı ilə birlikdə ailəsi çətinliklə dolandığından onun musiqiyə olan həvəsi gözündə qalıb.

"Özümü tanıyandan ən böyük arzum musiqi olub. 15 yaşım olanda ailəmdən məni musiqi kursuna göndərmələrini istədim. Cüzi aylıq ödəyərək kiçik bir musiqi dərnəyində pianinoda ifa etməyi öyrəndik. Evdə pianino olmadığından praktik baxımdan öyrəndiklərimi tətbiq edə bilmirdim. Maddi çatışmazlıq ucbatından elə dərnəkdə öyrəndiklərimlə kifayətlənməli oldum. Öyrəndiklərim yay aylarında toylar zamanı çörəkpulum oldu”, - deyə həvəkar pianinoçu bildirib.

Güləliyev ötən ilin avqust ayında tikinti işləri gördüyü məktəbdə təsadüfən rastına çıxan pianinoda musiqi ifa edərkən dostu onu telefonun videokamerasına çəkir və beləcə sosial mediada xeyli məşhurlaşır.

Dediyinə görə, Azərbaycanda telekanallardan biri onunla maraqlanaraq "gəl, bizim dediyimiz musiqiləri ifa et, sənə iş və pianino verəcəyik” deyiblər. Lakin həmin süjet efirə gedəndə məlum olub ki, Aqşini ələ salaraq pianino təhsili olmadığı bildirilib və dilənçi kimi rəftar ediblər.

Həvəskar pianinoçu o qədər ürəkdən musiqi ifa edib ki, həmin videonu izləyən və adının çəkilməsini istəməyən türkiyəli iş adamı ona pianino göndərib, lakin Aqşin Güləliyev gömrük xərclərini ödəyə bilmədiyinə görə, onu əldə edə bilmir.

"Anaya övladsız həyat necə dözülməzdirsə, bir pianinoçuya da pianinosuz yaşam o qədər çətindir. Mən o vaxt pul qazanmaq məcburiyyətində idim. 6 ildir tikintidə çalışıram Biri mənə gəl, bu musiqi sənətilə məşğul ol desəydi, bir dəqiqə belə düşünməzdim və gedərdim. Bu qədər vurğun olduğum musiqi alətimini bir ömür boyu işləsəm də əldə edə bilməyəcəkdim. Ona görə də, harada pianino görürdüm onda ifa etməkdən özümü saxlaya bilmirdim”, - deyə A.Güləliyev bildirib.

Şəxsi həyatı ilə bağlı danışan A.Güləliyev bildirib ki, əvvəllər aşiq olduğu bir qadın olub. Lakin onun başqası ilə ailə qurması həvəskar musiqiçiyə çox pis təsir etdiyindən həyatını musiqiyə bağlayıb. Ən böyük arzusu bir musiqi albomu çıxarmaq olsa da, bu hələ ki, onun üçün xəyaldır. (virtualaz.org)
 
BAKU.WS