SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sabah Bakıda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-29° isti, gecə 19-21° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Rayonlarda gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
 
BAKU.WS