SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın "Birinci kanal"ı "Vremya" həftəlik analitik proqramının aparıcısı İradə Zeynalovanı əvəzləyəcək.
 
BAKU.WS-in məlumatına görə, yeni mövsümdə azərbaycanlı aparıcını "Ekspert" mediaholdinqinin baş direktoru Valeri Fadeyev əvəz edəcək. Bu haqda telekanalın əməkdaşları RBK-ya bildirib. 

Hazırda Fadeyev "Vremya" proqramının studiyasında test çəkilişləri edir. RBK-nın sorğusuna birinci kanalın mətbuat xidməti cavab verməkdən imtian edib.
 
İradə Zeynalovanın həmkarlarının sözlərinə görə, o ehtimal ki, kanalda qalacaq — ona hər hansı tok-şou aparmağı təklif edəcəklər. Azərbaycanlı aparıcı sonuncu dəfə 10 iyul 2016-cı il tarixində "Vremya" proqramını aparıb. 
 

BAKU.WS