Dünyanın ən böyük orqanlarına sahib insanların siyahısı tərtib olunub.

 
BAKU.WS məlumat verir ki, Ginnesin Rekordlar Kitabında "Ən əcaib orqan rekordları" adlı siyahı tərtib olunub. Ən incə belə sahib qadından, dünyanın ən uzun dilli qadınına qədər rekordlar yer alıb. Həmin rekordçuların bir neçəsi ilə sizi tanış edəcəyik.
 
Keyt Janq ən incə belli qadın kimi Ginesin Rekordlar kitabına düşməyi bacarıb.

Keyt neçə il korset geyinərək bu nəticəni əldə etdiyini bildirib. Onu belinin incəliyi 38 sm-dir. 

Svetlana Pankratova isə ən uzun ayaqlara sahibdir.

Rus qadının ayaqlarının uzunluğu 1 metr 32 sm-dir. O ayaqlarının uzunluğundan məmnun olduğunu, gözəlliyinə gözəllik qatdığını bildirib.

Mehmet Özyürek isə ən böyük buruna sahib rekordçudur.

Türkiyə vətəndaşı olan Mehmet Özyürək 8,8 sm-lik burnu ilə Ginsesin Rekordlar kitabına düşüb.

Annika isə dünyanın ən uzun dilli qadını kimi tanınır.

Annikanın dilinin uzunluğu nə az nə çox 7 sm-dir.

Li Redmund uzun dırnaqları ilə həmcinslərindən fərqlənir.

Li 8 metr 65 sm uzunluğunda olan dırnaqları ilə görənləri vahiməyə salır. 

Çinli Lui Hua isə ən böyük ələ sahibdir.

Lui makrodaktilya xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik qadının sadəcə sol əlində var. Luinin baş barmağının uzunluğu 25 sm-dir.

 
Ayşən Ayxan
BAKU.WS 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ