VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın ilk kameramanlarından olan Mahir Hüseynbəylinin mərhum "qanuni oğru”  "Sabirabadlı Hikmət”lə aralarında olan söhbətin videosunu feysbuk hesabında yayımlaması diqqət çəkib.
 
Videoda söhbətin nədən getdiyi anlaşılmasa da, görünən odur ki, 1 saat ərzində maraqlı söhbət olub. Qeyd edək ki, "Sabirabadlı Hikmət” hər zaman cəmiyyət üçün maraqlı şəxs olduğu üçün Mahir Hüseynbəylinin söhbətin nədən getdiyini soruşduq.

Mahir Hüseynbəyli Hikmətlə aralarında səmimi ünsiyyətin yarandığını bildirdi: "Mən foyede oturmuşdum, ofsiant gəldi ki, sizi Hikmət çağırır və girdim içəri. Dedi ki, Mahir, məni maşınacan yola sal. Ayrılanda dedi ki, sabah vaxtın varsa səni qonaq cağırıram Əyləncə Mərkəzinə. Onunla sabahısı saat 16:00-da görüşdük. Xeyli söhbətlərimiz oldu. Ona arxivimdən kaset hədiyyə etdim. Təşəkkür etdikdən sonra mənim fikirlərlərimin xoşuna gəldiyini söylədi”.
 
Moderator.az
BAKU.WS