SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı təxribata yol verilib.
 
Modern.az xəbər verir ki, Rusiya gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyan təsnifat mərhələsindəki çıxışını "Artsax” musiqisi altında yerinə yetirib.
 
Xatırladaq ki, Ermənistan təbliğat maşını kompozisiyanın bəstəkar Ara Gevorqyan tərəfindən Qarabağ ermənilərinə ithaf edildiyini iddia etsələr də, tarixi faktlar onun bu əsəri azərbaycanlı bəstəkar Fiktər Əmirovun məşhur "Kor ərəbin mahnısı” kompozisiyasını müasir tərzdə aranjiman edərək oğurladığı üzə çıxıb.
 
Gümrü şəhərindən olan və Rusiya yığmasının heyətində Avropa Oyunlarının qızıl və gümüş medallarını qazanmış Seda Tutxalyanın Azərbaycan musiqsindən oğurlanan "Artsax” kompozisiya sədaları altında rəqsini təqdim edirik.
 
BAKU.WS