SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS bu günün ulduz falını təqdim edirik:

QOÇ - Kifayət qədər çətin gündür.Sizə maraqlı görünən işi başqası həyata keçirəcək. Sizə isə darıxdırıcı işlər qalacaq. Gün, xüsusilə alış-veriş üçün münasib hesab edilir.

BUĞA - Ev işlərində fikrinizi cəmləyə bilməyəcəksiniz. Elmi-tədqiqat, yaradıcılıq fəaliyyətinizdə isə vəziyyətin heç də yaxşı olmayacağı bildirilir. Səhər saatlarında yaxınlarınızla aranızda mübahisə yaşanacaq. Siz tənqidə tənqidlə cavab verməyəcəksiniz deyə, günün ortalarında vəziyyətin
sabitləşəcəyi ehtimal edilir.

ƏKIZLƏR - Uğurlu gündür. Çoxdankı tanışlarınızla görüşəcəyiniz ehtimal edilir. Onlar sizi gördüklərinə şad olduqları kimi, xoş xəbərlərini də sizinlə paylaşacaqlar. Gün kifayət qədər pozitiv emosiya gətirəcək.

XƏRÇƏNG - Bir balaca həyəcan və narahatlıq müşahidə olunacaq. Bu narahatlığın gah mənasız yerə, gah da ciddi səbəbdən baş verəcəyi bildirilir. Pisi odur ki, siz nəyin vacib olduğunu özünüz üçün dəqiqləşdirə bilmirsiniz. Bu gün qənaətcil olun, pulu xərcləməkdənsə, qəpik-qəpik yığmağınız tövsiyə olunur.

ŞIR - Bu gün elə hadisələr baş verəcək ki, siz onlara çətin ki, hazırlaşa biləsiniz. Belə şəraitdə improvizə etmək qabiliyyətiniz dadınıza çatacaq. Günün sonuna doğru istirahətə ehtiyacınız olduğunu hiss edəcəksiniz. Bu günə arzuolunmaz münasibətlərə baş qoşmamağınız məsləhətdir.

QIZ - Pozitiv tendensiyalar günün birinci yarısında özünü göstərəcək. Bu vaxt ərzində isə siz çox işlər görə biləcəksiniz. Bu üzdən də sizin üçün vacib olan işi təxirə salmayın. Ünsiyyət və görüş baxımından məhsuldar gün deyil. Axşam saatları gərginliyin kulminasiya nöqtəsi olacaq.

TƏRƏZI - Ulduzlar sizin tərəfinizdədir. Pozitiv tendensiyalar səhər tezdən günün sonuna qədər güclü olacaq. Bu gün yeni işə başlaya bilərsiniz. Günün emosional mənzərəsi xoş olacaq. Ona görə də gün görüş, ünsiyyət və yeni tanışlıq baxımından dəyərlidir. Ehtimal ki, əlinizə pul gələcək.

ƏQRƏB - Üzərinizə çox iş götürməyin. Bu gününüzü fəal yaradıcılığa həsr etməyin. Yaxşı olar ki, istirahət və gücünüzün bərpası barədə
düşünəsiniz. Işgüzar danışıqlar və vacib məsələnin müzakirəsi baxımından məhsuldar gündür. İntim münasibətlər üçün əla gündür.

OXATAN - Gün başgicəlləndirici qələbələr vəd etməsə də, əvvəlkilə müqayisədə xeyli uğurlu hesab edilir. Bu günü təkcə işlər üçün deyil, həmçinin əyləncə üçün də planlaşdıra bilərsiniz. Axşama xoş görüşünüzün olacağı ehtimal edilir.


OĞLAQ - Bu gün sizin üçün asan olmayacaq. Vicdanlı və qərəzsiz hesab etdiyiniz adamlar sizi pis vəziyyətdə qoyacaqlar. Maddi vəziyyətinizin pisləşəcəyi ehtimal edilir. Kefiniz tez pozulacaq, həmişəkindən tez yorulacaqsınız. Yaxınlarınız səbr kasanızı daşıracaq və bu üzdən günün
ikinci yarısında konflikt yaşana bilər.


DOLÇA - Bu gün bəxtiniz gətirəcək. Uğurlu şərait işdə uğur qazanmağa zəmin yaradacaq. Bu gün sizə yardım edənlər öz maraqlarını da unutmayacaqlar. Ünsiyyət dairəniz genişlənəcək. Yeni dostlar tapacaqsınız. Birlikdə əyləncə, səfər və ya istirahət planlaşdıra bilərsiniz.


BALIQLAR - Nəhayət ki, neqativ tendensiyalar geri çəkiləcək. Bu fürsətdən istifadə edərək yeni işdən yapışa və ya istərsəniz, istirahət edə
bilərsiniz. Ulduzlar bildirir ki, istənilən halda, vaxtınızı boş yerə sərf etməyəcəksiniz. Ailədə fikir ayrılığı gözlənilir, amma bunun keçici olacağı bildirilir.

Ziya Səccad
BAKU.WS