SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın bəzi hissələrində su təchizatında məhdudiyyətlər olacaq. 
 
"Azərsu" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
 
BAKU.WS