SİZİN REKLAM BURADA!
055 213 76 73


“Piylənmədən əziyyət çəkən xanımlar süd vəzi xərçəngi ilə bağlı risk qrupunda ilk sıradadır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib. Onun sözlərinə görə, kişilərdə süd vəzi xərçənginə az rast gəlinir:

“Lakin kişilərdə bu xəstəlik daha təhlükəli keçir. Eyni zamanda kişilərdə süd vəzi xərçəngi 80% genetik olaraq yaranır. Kişilərdə süd vəzi xərçəngini erkən müəyyən etmək qadınlara nisbətən daha asan olur.

Çünki onlarda süd vəzisi kiçik olur və hər hansı şişkinlik ya da dəyişiklik olarsa, rahatlıqla özünü müayinə ilə hiss edə bilərlər.

Qadınlarda olduğu kimi, kişilərdə də süd vəzi xərçəngi zamanı axıntı olur. Kişilərdə süd vəzi xərçənginə daha yaşlı insanlarda rast gəlinir.

Lakin genetik faktordan irəli gələrək süd vəzi xərçəngi 40 yaşdan aşağı kişilərdə də müşahidə edilir”.

BAKU.WS