SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 31-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) və Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, "Ural Hava Yolları"-nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək. 

"Domodedovo" (DME) Beynəlxalq Hava Limanından uçuş - Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - yerli vaxtla saat 15:15-də. Qəbələdən uçuş - saat 16:25-də, "Domodedovo" Hava Limanına enmə - yerli vaxtla saat 18:20-də.

Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu Airbus A320 laynerləri ilə həyata keçiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:  

 (+994 12) 598-88-80;

*8880.

 
BAKU.WS