Ötən ilin ən uğurlu kinokomediyalarından birinin II hissəsinin çəkilişləri artıq başlayıb.

"Oğlan evi 2”nin əsas hadisələri filmin birinci hissəsindən ən çox yadda qalan Baba (aktyor Elcan Rəsulov) obrazının ətrafında cərayan edəcək. Filmdə çəkiləcək yeni aktyorlara gəldikdə, yaradıcı heyət "Oğlan evi 2”də "Bozbash Pictures” serialından məşhur aktyor Nicat Rəhimov və video-bloger Hüseyn Əzizoğlunun adlarını çəkib. Tamaşaçıların sevgisini qazanmış İsi obrazının ifaçısı Elşən Hacıbabayev və Qurban Məsimov da (Kapitan Rzayev) yeni çəkiləcək filmdə rol alıblar.

Rejissor İlham Qasımovun ötən filmində bir mənzilin bir neçə nəfərə satılması problemi qabardılmışdısa, bu dəfə qəhramanlar maşın alverçilərinin fırıldağının qurbanı olacaqlar. "Oğlan evi 2”nin yaradıcı heyəti söz verir ki, tamaşaçılar bu dəfə də filmi ailəlikcə izləyib zövq ala biləcəklər.

"Kapital Bank”ın baş sponsorluğu ilə ərsəyə gələn "Oğlan evi 2” filmi 2016-ci ilin son günlərində kinoteatrlarda nümayiş olunacaq. 
 
BAKU.WS