SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Beynəlxalq Avtovağzalı və "Metro" turizm şirkəti arasında aparılan danışıqlara əsasən, 20 iyuldan etibarən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçiriləcək.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişəcək. Biletin qiyməti 120 AZN təşkil edəcək. Biletə baqaj daxildir. Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.