VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə  20-25° isti, gündüz  31-36° isti olacağı gözlənilir. Bakıda gecə 22-24° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 757  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 65-75 %, gündüz  40-50 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
 
Yaxın iki gündə Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskonfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 
İyulun 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  33-38° isti,  dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.
 
BAKU.WS