SİZİN REKLAM BURADA!
055 213 76 73


“Survivor All Star”da toxunulmazlıq oyunundan sonra ada məclisində hər kəsi təəccübləndirən dava baş verib. Hikmətin ona böhtan atdığını deyən Yasin özünə hakim ola bilməyib. 

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, təcili məclis toplayan Acun Ilıcalı Hikməti təhqir edərək fiziki təzyiq göstərən Yasinə ən ağır cəza verib.

Ilıcalı, "Ada məclislərində çox gərginlik görürük. Amma bir neçə saat əvvəl baş verən bu hadisəyə bənzər hadisə ilə ilk dəfə qarşılaşırıq. Səninki açıq-aşkar şifahi, sonra isə fiziki hücumdur. Bir saat öz aramızda danışdıq. Sənin hərəkətinin Survivor ilə uyğunsuz olduğunu gördük.

Yayım qaydalarına görə görüntülərin çoxunu təqdim edə bilmədik. Lakin Survivor tarixinin ən yüksək cəzalarından birini tətbiq etmək ən yaxşı variant kimi görünür. Qərarımıza əsasən, 6 mükafatdan məhrum olacaqsan. Bunun öhdəsindən gələ bilərsənmi? Yaxşı düşün.

Əgər ayrılmaq istəyirsənsə, sənin qərarına hörmət edirəm. Mən sənin yerində olsam, 6 mükafatdan yararlana bilməsəm, olanları yenidən nəzərdən keçirərdim. Öz istəyinlə getmək istəyirsənsə, etiraz etmirəm. Biz qışqıran, aqressiv yarışmaçıları istəmirik. Əgər bu hal bir daha təkrarlansa, səni dərhal yarışmadan uzaqlaşdıracağıq”, - deyə bildirib.

Acunun açıqlamalarından sonra isə Yasinin böyük üzüntü çəkməsi diqqətdən yayınmayıb.

Həmçinin Ilıcalı Hikmətə də məcburi cəza tətbiq etdiklərini açıqlayıb. Tuğsuz 2 mükafatdan məhrum edilib. 

BAKU.WS