SİZİN REKLAM BURADA!
055 213 76 73



Ərinə viza verilmədiyindən "bal ayı”na gedən pakistanlı qadının "Snapchat” sosial şəbəkəsindən paylaşdığı şəkillər hər kəsin marağına səbəb olub. 

BAKU.WS xəbər verir ki, Pakistanın Lahor şəhərindən yaşayan cütlük "bal ayı” tətili üçün Yunasıtanı seçsələr də, onlara birlikdə istirahət etmək qismət olmayıb.

Yunanıstan səfəri üçün ərinə viza verilməyən qadın əvvəlcə onu tək buraxmaq istəməyib. Lakin  öncədən ödəniş edildiyinə görə, tətil planınını ləğv etmək mümkün olmayıb. Belə ki, gənc qadın "bal ayı”nı ərinin ailəsilə keçirmək məcburiyyətində qalıb.

Pakistanlı qadın Yunanıstanda gəzdiyi yerləri göstərmək və əri üçün nə qədər darıxdığını bildirmək üçün "Snapchat”da xeyli maraqlı fotolar paylaşıb. 
 
BAKU.WS