SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu il Ramazan Bayramının ilk günü üçün dünyanın fərqli ölkələrində 2 ayrı tarix təyin olunub.
 
BAKU.WS-in məlumatına görə, Türkiyə və Mavritaniyanın da içində olduğu bəzi İslam ölkələrində Ramazan Bayramının başlanğıc tarixi olaraq 5 iyul qəbul edilib. Bu gecə ay görünmədiyi üçün Səudiyyə Ərəbistanı, İraq və İordaniya, Misir, Livan, Qətər, Fələstin, Sudan, Küveyt, Suriya, Yəmən və Konqoda Ramazan Bayramı 6 iyul günü başlayacaq. 

Səudiyyə Ərəbistanı tərəfindən açıqlanan bəyanatda deyilir: "Ramazanın 29-cu günü ay görünmədiyi üçün oruc bir gün daha artırıldı. Peyğəmbər əfəndimizin, "Hilalı görmədiyiniz zaman ramazanı 30 günə tamamlayın" hədisinə uyğun olaraq Ramazan ayının 30-cu günü oruc tutulacaq". 

BAKU.WS