VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp Facebook-a satıldıqdan sonra yeni rekorda imza atıb.
 
BAKU.WS-in məlumatına görə, tətbiq 900 milyon aylıq aktiv istifadəçiyə çatmağı bacarıb.

Ötən ilin əvvəllərində Facebook-un 19 milyard dollara aldığı WhatsApp-ın yeni açıqlanan rəqəmlərdə sürətlə böyüdüyü müşahidə olunur.  WhatsApp tətbiqinin qurucusu Jan Koum tətbiqin son statistikasını yayımlayıb. Koum hələ 5 ay əvvəl tətbiqin 800 milyon istifadəçiyə çatmasını elan etmişdi. Tətbiqin Android sistemdə 1 milyard dəfə yükləndiyini nəzərə alsaq bu rəqəm elə də təəccüblü deyil.

Ötən ay aparılan bir araşdırmadan WhatsApp-ın üçdə birinin Android, 22%-in İOS istifadəçiləri olduğu məlum olmuşdu.
 
ŞAHİN Həbibov
BAKU.WS