VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əvvəllər musiqi müəlliməsi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinə də yiyələnib.

BAKU.WS Region Tv-yə istinadən məlumat verir ki, atasının ona hədiyyə aldığı avtomobili 36 ildir sürür. Müəyyən imkana sahib olsa da, maşınını dəyişməyəcəyini bildirir. Çünki bu maşını atası ona hədiyyə edəndə dəyişməməsini məsləhət görüb. Əvvəllər sürücülük vəsiqəsi olmayan Cahanə nənə sonralar sürücülük vəsiqəsi alıb.

Zamanla kənd camaatı arasında qazandığı etibar və dəyər ona bu yolda inamla addımlamağa imkan verib. İlk öncələr qadın sürücüyə rayonda pis baxsalar da, Cahanə nənənin nümunəvi sürücülüyü haminin rəğbətinə səbəb olub. Azərbaycanın ən qədim sürücülərindən olan Cahanə nənə kənddə xeyirxah insan kimi də tanınır.

O hal-hazırda da Qumlaq kəndindən Oğuz rayonuna sərnişinləri aparmaqla çörək pulu qazanır. Kənd sakinləridə Cahanə nənənin sürücülüyündən çox razıdırlar.
 
BAKU.WS