SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paulo Qabriel da Silva Barros və Katusiya Hoşino dünyanın ən qısa boylu cütlüyüdür.

BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, Brazilyada yaşayan cütlük hazırda ölkələrinin gündəmində ən çox danışılan insandırlar. Barrosun boyu 88 sm, Hoşinonun boyu isə 89 sm.-dir. Onlar boylarının balaca olmağına baxmayaraq dünyanın ən böyük sevgisini yaşayırlar.
 
Cütlük 10 il əvvəl sosial şəbəkədə tanış olub. Barros bildirib ki, o Katusiyaya ilk baxışdan aşiq olub, lakin sevgisi bir müddət cavabsız qalıb. Belə ki, Katusiya onu ilk görəndə əsəbləşdiyini və izləmədən çıxardığını bildirib. Barrosanın sözlərinə görə, o, zamanla Katusinin nifrətini sevgiyə çevirə bilib. 
 
 
Katusiyaya sosial şəbəkədən əli çatmadığını görən Barros onu realda axtarmağa başlayıb. Kilometrlərlə yol qət etdikdən sonra xanımının yaşadığı qəsəbəyə gələrək ona öz sevgisini bir daha etiraf edib. Katusiya isə bu dəfə onu rədd etməyib. Cütlük bir müddət görüşməyə başlayıb, daha sonra bir yerdə yaşayıblar. İndi isə balaca qəhrəmanlar evlidirlər və tezliklə valideyn olmaq arzusunda olduqlarını bildiriblər. 
 
BAKU.WS