VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib.

BAKU.WS “deyerler.org”a istinadən xəbər verir ki, mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib.

Balın boğaz ağrısı, öskürək, burun tutulması və sinusit kimi simptomları aradan qaldırmaqda təsirli olduğu məlum olub. Soyuqdəymələrin əksəriyyəti viruslardan qaynaqlanır, buna görə bakteriyalara qarşı antibiotik təyin etmək qeyri-effektiv və təsirsizdir, həmçinin patogen mikroblar arasında müqavimətin artmasına kömək edir.

Tədqiqatçılar, həkimlər tez-tez xəstələrin istəyi və alternativ vasitələrin olmamasına görə, antibakterial dərmanlar təyin etdiklərini söyləyir.

Bu vəziyyətdə potensial antimikrob təsiri olan bal, viruslu infeksiyalara əlavə olaraq, simptomları aradan qaldırmaq və bakterial infeksiyaların qarşısını almaq üçün uyğun bir vasitə kimi xidmət edərək, həkimi ilə xəstə arasında etibarlı bir əlaqə saxlaya bilər.

BAKU.WS