SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni İradə İbrahimova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında futbolçu Mahir Emrelinin uğuru ilə bağlı paylaşım edib.

İfaçı futbolçunun fotolarını yayımlayaraq ona qalibiyyətinə görə təşəkkür edib:

"Emreli, səninlə qürur duyuram. Vətəni sevmək belə olur. Təşəkkürlər sənə", - deyə İbrahimova bildirib.

Xatırladaq ki, Mahir Emreli "Slaviya" ilə matçda dubl edərək "Legiya"nı 5 illik fasilədən sonra Avrokubokların qrup mərhələsinə çıxarıb. Bununla da futbolçumuz polşalı azarkeşlərin sevimlisinə çevrilib.

BAKU.WS