VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“TikTok” gənclər arasında intihara təşviq edən paylaşımlarda liderdir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın sosial şəbəkələr və mesajçıların peşəkar İstifadəçiləri Assosiasiyası müəyyən edib.

2021-ci il mart ayının sonundan iyunun əvvəlinə qədər aparılan araşdırma nəticəsində “TikTok”da bu qəbildən olan 1,7 min videoya rast gəlinib.

Qeyd edək ki, “TikTok” Çinin "ByteDance" şirkətinin onlayn video paylaşma sosial şəbəkə xidmətidir. “TikTok” beynəlxalq bazara 2017-ci ilin sentyabr ayında çıxarılıb.

23 yanvar 2018-ci il tarixində, “TikTok” Tayland və digər ölkələrdə tətbiq mağazalarında pulsuz yükləmələr arasında 1-ci yeri tutub. Həmin il tətbiq artıq 150 ölkədə və 75 dildə əlçatan idi.

BAKU.WS