Tayvanda qalmaqala səbəb olacaq hadisə baş verib.

BAKU.WS məlumat verir ki, Tayvanın paytaxtı Taybeydə üzərində yaponiyalı porno ulduz Yui Hatanonun şəkilləri olan avtobus kartları çap edilib. 4 saat ərzində bütün kartlar satılıb.
 
Müştərilərin sərt reaksiyasından çəkinən mağazalar kartların onlayn satışına başlayıblar. "EasyCard” şirkətinin istehsalı olan kartlar 15,4 dollara satışa buraxılıb. Satışdan əldə edilən məbləğlər isə xeyriyyə təşkilatlarına veriləcək.

Avtobus və metro stansiyaları üçün nəzərdə tutulan kartların üzərindəki şəkillərə sərt rekasiyalar daha çox qadınlar və siyasətçilər tərəfindən gəlib. Onlar kartların satışının dayandırılmasını tələb ediblər.

Bir çox filmlərdə erotik səhnələrdə rol alan 27 yaşlı Yui Hatano insanların bu cür münasibətinə belə cavab verib: "Bir porno ulduz kimi mənə çox doğma olan Tayvana vəfa borcumu ödəməməliyəm? Mənə dəstək olan tayvanlı fanatlarıma minnətdaram", - deyə porno ulduz söyləyib. 

Ayşən Ayxan
BAKU.WS