VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka millisinin futbolçusu Kristian Eriksenin huşunu itirməsindən sonra həyat yoldaşı meydana daxil olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Danimarka millisinin futbolçuları xanımı ağır vəziyyətdə olan yarımmüdafiəçinin yanına buraxmayıb.

Müdafiəçi Simon Kyer və qapıçı Kasper Şmeyhel onu sakitləşdirməyə çalışıb. Həmin an qadın göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, AVRO-2020-nin I turunun B qrupundakı Danimarka – Finlandiya görüşü ilk yarının sonlarında dayandırılıb.

BAKU.WS