SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.

BAKU.WS xəbər verir ki, fonddan "report"a verilən məlumata görə, qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!

BAKU.WS