Aparıcı Hacı Nuran Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə bir araya gəlib.

BAKU.WS məlumat verir ki, aparıcı Leyla Əliyeva ilə birlikdə Moskvada tədbirlərin birində iştirak ediblər. Bu haqda Hacı Nuran Facebook hesabında məlumat paylaşıb:
 
"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva Dövlət Humanitar İqtisad Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.Bu gün (19.05.2016) Rusiyanın paytaxtı Moskva şəhərində Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Humanitar Elmlər Akademiyasının üzvü Vaqif Bayramov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya fəxri professor diplomunu təgdim etdi. Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müəllifi olduğu şeirlərdən birini səsləndirib və tələbələrin suallarını cavablandırıb".
 
BAKU.WS