SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS -ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında bu gün əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

BAKU.WS