SİZİN REKLAM BURADA!
055 213 76 73


Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donması ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

İnstitutun əməkdaşı Məhərrəm Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması adi bir haldır:

“Ölkə ərazisində havanın kəskin dəyişməsi nəticəsində temperatur mənfi səkkiz, doqquz dərəcəyə düşüb.

Şabran rayonu ərazisində Xəzər dənizin ləpədöyən hissəsinin buzlaşması oranın dayaz olması ilə bağlıdır. Haradakı dayaz yerlər var, ora buz bağlaya bilər. Havanın temperaturu yüksələn kimi buz əriyəcək”.

BAKU.WS