SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.

Mayın 8-də Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.
 
BAKU.WS