SİZİN REKLAM BURADA!
055 213 76 73


Space TV-də yeni təyinat olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, quruluşçu rejissor Könül Əlizadə “Müəllif Layihələr” və “Hər Səhər” proqramları departamentinə rəhbər təyin edilib.

K.Əlizadə saytımıza məlumatı təsdiqləyib.

Bildirib ki, kanal HD formata keçib:

“Tamaşaçılar tezliklə Azərbaycanın tanınmış aparıcılarını Space TV-nin efirində görəcəklər. İnanırıq ki, tamaşaçı auditoriyasını yeni formatda sevindirəcəyik”.

BAKU.WS