VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İkinci Qarabağ döyüşlərində əsir götürülən Amin Musayev və Bayram Kərimov da Azərbaycana gətirilib.

BAKU.WS döyüşlərdə iştirak edən və erməni əsirliyinə düşən hər iki gəncin yaxınları ilə danışıb.

Bayram Kərimovun atası Yaşar Kərimov oğlunun əsirlikdən gətirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib:

“Bayramı Vətəninə geri gətizdirən dövlət başçımıza təşəkkür edirəm. Mən ötən gün Qırmızı Xaç Komitəsi ilə danışdım. Bildirdilər ki, qaytarılan əsirlərin siyahısında Bayramın da adı var. Hələ ki, özümüz nə danışmışıq, nə də görmüşük. İnşallah ki, yaxın günlərdə evimizə dönər”.

Daha sonra Amin Musayevin dayısı Sənan BAKU.WS-ə açıqlama verərək sevincini bölüşüb:

“Biz Prezidentə inanırdıq. Qısa zamanda Aminin qaytarılacağına ümid edirdik. Ali Baş Komandana təşəkkür edirəm. Şükür Allaha, Amin sağ-salamatdır. Bakıdadır. Məlumatımıza görə, Amin hələ 14 gün karantində qalacaq. Daha sonra evimizə qayıdar”.

Şahidə Tapdıq
BAKU.WS