VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Qoç - Daxili sıxıntılarınız artacaq. Bu gün vaxtınızın çox hissəsini ev şəraitində keçirməyiniz məsləhətdir.

Buğa - Müəyyən mübahisələrlə rastlaşma ehtimalınız var. Bunu nəzərə alıb sərt mövqe nümayiş etdirməkdən yayının.

Əkizler - Təzə xəbərlər yolunuzu gözləyir. Bu, daha çox yeni iş təklifləri ile bağlı olacaq. Günün ikinci yarısında ürəyinizcə olan hadisələrlə rastlaşacaqsınız.

Xərçəng - Əsəblərinizi gərginləşdirə bilən olaylardan qaçın. Ailə-sevgi münasibətlərinə diqqət ayırın.

Şir - Kənar məsləhətlərə qulaq asmayın. Yaxşı olar ki, ciddi qərarları yalnız ürəyinizin səsinə uyğun verəsiniz. 

Qız - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Büdcə ilə bağlı uğurlarınız artacaq. 

Tərəzi  - Sevgi münasibətləriniz uğurlu alınacaq. Daxili narahatçılığınızı aradan qaldırmaq istəyirsinizsə, qarşı tərəfə güzəştə gedin. 

Əqreb - Aldığınız təkliflər gələcək həyatınızda təkan rolunu oynayacaq. Odur ki, gün boyu gözüaçıq olun.

Oxatan - Bu günü sevgiyə həsr edin. Yersiz qısqanclığa yol verməyin. Sürprizler mümkündür.

Oğlaq - Əziyyətinizin bəhrəsini mütləq görəcəksiniz. Həvəsiniz olsa, axşam qonaq gedin.

Dolça - Vaxtınızı daha çox əyləncə və səyahətlərə sərf edin. Ailə üzvlərinizlə mehriban davranın.

Balıqlar - Ətrafınızda olan insanlarla mehriban ünsiyyət yaradın. İşlə bağlı atacağınız addımları dəfələrlə götür-qoy edin.