055 213 76 73
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentihava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bir neçə gün davam edən mülayim isti havaşəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, şimşək çaxacaq, arabir yağış yağacaq.
Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.
BAKU.WS