SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün İradə İbrahimovanın türkiyəli iş adamı Ceyhun İzerlə evliliyinin 7-ci ildönümüdür. 

BAKU.WS məlumat verir ki,  müğənni bu haqda Instagram hesabında məlumat paylaşıb. Sənətçi həyat yoldaşı ilə fotosunu paylaşaraq təəssüratlarını bölüşüb:

"Bu gün bizim 7 ilimizdir. Yaxşı gündə, pis gündə, xəstəlikdə, sağlıqda bərabər olacağımıza söz vermişdik. Həqiqətən də həyat hər zaman sevgili olduğumuz günlərdəki kimi keçmir. Evlənəndə etdiyiniz andlar nə qədər vacib imiş. Hər ikimizin ailəsində itkilərimiz, cənazələrimiz, doğumlar, toylar, üzüntülər, xoşbəxtliklər yaşayarkən həm sevgimizi böyütdük, həm də özümüz böyüdük. Ana-ata olduq, çoxaldıq, rəngləndik, daha da zənginləşdik. İnşallah əl-ələ hüzurla yaşlanaq".

Qeyd edək ki, İ.İbrahimova ilə Ceyhun İzerin İpek adlı bir qız, Ali adlı bir oğlan övladları var.
 
BAKU.WS