VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Kənan Yusifov şəhid atası komandir Elxan Bayandur oğlu Yusifov barədə “İnstagram” hesabında paylaşım edib.

BAKU.WS xəbər verir ki, bu zamana qədər sənətçi atasının şəhid olması barədə heç bir məlumat paylaşmayıb. O, sosial mediada aşağıda yazılanları qeyd edib:

“Bu kişi mənim atamdır. Füzuli və Qarabağ uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olan, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunan şəhid komandir Elxan Yusifov. İndiyə qədər bəzən paylaşmağa, bölüşməyə bir az çətinlik çəkmişəm. Həmişə fikirləşmişəm ki, bu, yanlış anlaşılar. Ona, onun ruhuna hörmətsizlik eləmiş olaram. Ancaq bu gün uğrunda şəhid olduğu torpağın azad edildiyi xəbərini ona çatdırmağa gəldim və qərar verdim ki, siz də bilməlisiniz - mən bax belə bir kişinin övladıyam.

Mənim anamın da məzarı Füzulidə, kəndimiz Cuvarlıdadır. Atam elə vətəni qorumağa da anamın məzarından başlayıb. Anamın məzarı, anama olan sevgisi də atam üçün bir vətən olub. Sizə qəribə gələ bilər, amma içimdə elə bir hiss var ki, elə bil atamın məzarına gəlib sonra heç vaxt görmədiyim anamın məzarına getsəm, onları qovuşdurmuş olacam. Ruhun şad olsun komandir!”

BAKU.WS
VİDEO