VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CNN Türk" Gəncədə işğalçı Ermənistanın törətdiyi terror nəticəsində dünyasını dəyişən mülki şəxs Bəxtiyar Əsgərovun ailəsi ilə görüşüb.

BAKU.WS xəbər verir ki, yasda iştirak edən türkiyəli jurnalistlər mərhumun Sarı və Elcan adlı övladlarının görüntülərini yayıblar. B.Əsgərovun 28 yaşlı həyat yoldaşı Türkanə Əsgərova danışmaqda çətinlik çəkib.

Uşaqlarının nənəsi Ziba xanım “Uşaqların evini alaram, tikərəm. Amma atalarını geri qaytara bilmərəm”, - deyə vurğulayıb:

"Onların evlərini geri qaytara bilərəm, amma atalarını qaytara bilmərəm. Gəncə atəşə tutulduğu üçün kürəkənim qızımı və uşaqları bizə gətirdi qoydu. Özü isə qalmadı, dedi, evimdə ölüm, uşaqlarıma heç nə olmasın".

Qeyd edək ki, 17 oktyabr gecəsi B. Əsgərovla birlikdə daha 4 ailə üzvü - atası Suliddin Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və böyük bacısının qızı Nigar Əsgərova həlak olub.

BAKU.WS
VİDEO