SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Instagramın yeni fenomenlərindən biri də Katya və Rob cütlüyüdür.

BAKU.WS məlumat verir ki, Katya uzun müddətdir toy fotoqraflığı ilə məşğul olur. Həyat yoldaşı Robla da fotoqrafı olduğu toyların birində tanış olub. Tanış olduqdan bir neçə ay sonra gənc cütlük ailə qurmağa qərar veriblər. Övlad sahibi olduqdan sonra isə şəhər həyatından imtina edərək müxtəlif ölkələrə səyahət etməyə başlayıblar. Evləndikləri gündən övladlarının olmasına, böyüməsinə kimi bütün həyatlarını çəkərək sosial şəbəkədə paylaşan cütlük qısa müddətdə internet istifadəçilərinin sevimlisinə çevriliblər. Katya və Robu izləyiciləri "Röya kimi ailə" adlandırır. 
 
Sağlam həyat tərzi yaşayan ailə daha çox orqanik qidalardan istifadə edirlər. Cütlük hazırda Dominikan Respublikasında yaşayır. Katya qarşıdakı günlərdə Kanada, İslandiya, Nyu-York və Hindistan kimi ölkələrə səyahət etməyi planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, cütlüyün fotolarını Tamara adlı iş yoldaşları çəkir.
 
Ayşən Ayxan 
BAKU.WS