SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin özəl həyatı ilə bağlı sualları cavablandırıb.
 
BAKU.WS-in məlumatına görə, Putin hər il təşkil olunan canlı yayıma qatılaraq suallara cavab verib. Özəl həyatı ilə bağlı maraqlanan jurnalistlərə zarafatla cavab verən Rusiya prezidenti sözlərinə belə davam edib:
 
"Keçmiş həyat yoldaşım Ludmilla ilə münasibətlərimiz yaxşıdır. Şəxsi həyatımla əlaqədar danışmağım məncə məsləhət deyil. Şəxsi həyatımdan danışsam rubl ya da neft qiymətləri dəyişə bilər".
 
Rus xalqının özəl həyatı ilə maraqlandığını bildiyini deyən Putin bu barədə gələcəkdə danışacağını qeyd edib. 
 
BAKU.WS